Əsas Səhifə > Dünya > Portuqaliyada üç nazir istefa verdi — ŞOK SƏBƏB

Portuqaliyada üç nazir istefa verdi — ŞOK SƏBƏB


10-07-2017, 16:25
Portuqaliyada üç nazir istefa verdi — ŞOK SƏBƏB

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, nazirlər 2016-cı ildə Avropa Futbol Çempionatında Portuqaliya millisinin oyunlarını izləmək üçün özəl bir şirkətin dəvətini qəbul edərək Fransaya getdikləri üçün istefa vermək məcburiyyətində qalıblar.

Xəbərə əsasən "Galp" neft şirkəti bəzi siyasətçiləri Fransaya dəvət edərək oyunu izləməyə aparıb. Bununla bağlı prokurorluq istintaqa başlayıb. İstintaqda adı keçən maliyyə naziri Fernando Roça, sənaye naziri Joao Vaskonselos və beynəlxalq münasibətlər naziri Xorxe Kosta istefa veriblər. Baş nazir Antonio Kosta nazirlərin istefasını qəbul edib. Bununla yanaşı baş nazir bildirib ki, nazirlərin adının istintaqa əlavə edilməsi onların günahlandırılması mənasına gəlmir.

Rubrika.Az
Geri qayıt