Əsas Səhifə > Hadisə > DİQQƏT: Azərbaycanda satılan şokoladdan qurd çıxdı
DİQQƏT: Azərbaycanda satılan şokoladdan qurd çıxdı10-07-2017, 18:34 |
|
Azərbaycanda mağazalardan birində satılan şokoladların içindən qurd çıxıb. Rubrika.az bakupost.az-a istinadən bildirir ki, bu barədə şokoladı alan şəxslər məlumat verib. Onlar 1 gün əvvəl evlərinin yaxınlığından dükandan alınmış şokoladı açdıqda "sürpriz”lə qarşılaşdıqlarını bildiriblər. İstehlakçıların sözlərinə görə, qəhvəyi rəngli qablaşdırmada satılan məhsulların içində qurd oynayırmış. "Creme Le Monde” adlı şokoladların qablaşdırmasının üzərində isə Bakı şəhəri, Bünyadzadə küçəsində istehsal edildiyi qeyd olunub. Rubrika.Az Geri qayıt |