Əsas Səhifə > Aktual > Məmmədyarov və Nalbandyan görüşü: Müharibə, yoxsa sülh danışıqlarının bərpası...

Məmmədyarov və Nalbandyan görüşü: Müharibə, yoxsa sülh danışıqlarının bərpası...


11-07-2017, 15:12
Məmmədyarov və Nalbandyan görüşü: Müharibə, yoxsa sülh danışıqlarının bərpası...

“ATƏT-in Minsk Qrupunun Həmsədrləri Azərbaycan və Ermənistan tərəfinin mövqelərini bir də araşdırmaq istəyirlər”.

Rubrika.az pia.az-a istinadən bildirir ki, bu sözləri pollitoloq Qabil Hüseynli bu gün Vyanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri rəsmi toplantısında Azərbaycanın xarici işlər naziri ilə Ermənistanın xarici işlər nazirinin görüşünün nəticəsin şərh edərkən açıqlmasında qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mauerbax şəhərində, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri rəsmi toplantısında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək. Görüşdə Ermənistan tərəfdən xarici işlər naziri Edvard Nalbandyanın iştirakı təsdiqlənib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov da öz növbəsində rəsmi Bakının danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, nazirlərin görüşü işğalçı Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında təmas xəttində gərginliyin yeni eskalasiyası fonunda keçir. Belə ki, ötən həftə Fizuli rayonunun Alxanlı kəndinin erməni işğalçıları tərəfindən atəşə tutulmasından sonra dinc Azərbaycan vətəndaşlarının həlak olması cəbhədəki vəziyyəti gərginləşdirib. Həmçinin görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü də planlaşdırılır.

Cəbhə xəttində gərginliyin hər gün artdığı indiki şəraitdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın görüşündən nələri gözləmək olar? Həmçinin görüşdən bu və ya digər şəkildə status-kvonun dəyişməsi üçün hansısa razılığın əldə olunmasını gözləmək mümkündürmü?
Geri qayıt