Əsas Səhifə > Hadisə > Gəncədə özünü yandıran şəxs xəstəxanada ölüb
Gəncədə özünü yandıran şəxs xəstəxanada ölüb12-07-2017, 13:50 |
![]() Gəncə şəhərində üzərinə benzin tökərək özünü yandıran şəxs xəstəxanada ölüb. Hadisə bu ilin iyun ayının 20-də Bala Bağbanlar məhələsində baş verib. Belə ki, şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Fəxrəddin oğlu Hacıyev Təcili Tibbi Yardım Məntəqəsinin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səylərinıə baxmayaraq A.Hacıyev ötən gecə orada ölüb. Qeyd edək ki, 38 yaşlı A.Hacıyev ruhi xəstə olub. Faktla bağlı araşdırmalar davam etdirilir. RUBRİKA.AZ Geri qayıt |