Əsas Səhifə > Gündəm > Prezidentin ehtiyata buraxdığı general belə yola salındı — FOTO

Prezidentin ehtiyata buraxdığı general belə yola salındı — FOTO


13-07-2017, 11:57
Prezidentin ehtiyata buraxdığı general belə yola salındı — FOTO

İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib.

"Rubrika.az"ın DSX-ya istinadən verdiyi xəbərə görə, mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə görə Ali Baş Komandana minnətdarlıq edib.

Prezidentin ehtiyata buraxdığı general belə yola salındı — FOTO

Rubrika.Az
Geri qayıt