Əsas Səhifə > Maraqlı > Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar dəyərində sərvət iddiasından danışdı
Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar dəyərində sərvət iddiasından danışdı13-07-2017, 13:21 |
|
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib. Rubrika.az qaynarinfo.az-a istinadən bildirir ki, S.Əhmədova açıqlamasında bildirib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır. "Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar”-deyə S.Əhmədova vurğulayıb. Qeyd edək ki, A.Çovdarov məhkəmədə ifadəsi zamanı T.Əhmədovla bağlı sensasion fikirlər səsləndirib. O, bildirib ki, T.Əhmədov vəzifədə olduğu vaxt qeyri-qanuni yollarla dəyəri milyonlarla dollar olan varidat əldə edib. Çovdarovun sözlərinə görə, keçmiş metro rəisinin ölkə daxilində və xaricdə mülkləri, obyektləri var. Rubrika.Az Geri qayıt |