Əsas Səhifə > Media > İlan sancan tanınmış tele-jurnalist İlqar Mikayıloğlunun durumu ağırdır - AÇIQLAMA

İlan sancan tanınmış tele-jurnalist İlqar Mikayıloğlunun durumu ağırdır - AÇIQLAMA


14-07-2017, 15:39
İlan sancan tanınmış tele-jurnalist İlqar Mikayıloğlunun durumu ağırdır - AÇIQLAMA

Bu gün Füzuli rayonunda çəkiliş aparan zaman ilan sancan teleaparıcı İlqar Mikayıloğlunun vəziyyəti ağırdır.

Rubrika.Az musavat.com-a istrinadən bildirir ki,bu haqda açıqlamasında teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova deyib: "Haramı düzündə çəkiliş aparırdıq. Hadisə qəfildən baş verdi, bir anda ilan Mikayılı sancdı.

Mikayıl ilanı görməmişdi. İlkin tibbi müdaxilə edildi. Hazırda Bakıya aparılır. Mikayılın vəziyyəti barədə qəti fikir bildirə bilmərəm. Yaxşı olması üçün dua edirik".

Sabiq deputat Gülər Əhmədova qardaşının başına gələn bu hadisəyə görə şok keçirtdiiyni deyib: “Bu dəqiqələrdə Bakıya gətirilir, mən öldüm qurtardım. Ay İlqar, sənə ekstrim lazım idi? Min dəfə ona dedim ki, bu verilişdən imtina et, həyatınla oynama, sözümə baxmadı. İlqar Qarabağda döyüşüb, bədənində qəlpələr daşıyır. Hər dəfə onun yarası qanayanda o dünyanı görüb gəlirəm. Niyə məni öldürürsən, ay İlqar?”

Qeyd edək ki, big.az-ın əldə etdiyi məlumata görə, Füzuli rayonu Haramı düzündə çəkiliş zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildirirlər.

Rubrika.Az
Geri qayıt