Əsas Səhifə > Maraqlı > Azərbaycanda nazir işdən çıxarıldı: yoxlamalar başladı

Azərbaycanda nazir işdən çıxarıldı: yoxlamalar başladı


17-07-2017, 10:31
Azərbaycanda nazir işdən çıxarıldı: yoxlamalar başladı

Naxçıvan Muxtar Respublikasının daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov vəzifəsindən azad olunub.

Rubrika.az musavat.com-a istinadən bildirir ki,hazırda onun səlahiyyətləri nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirilir.

Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə, nazir təqaüdə göndərilib.

Bir başqa məlumata görə, hazırda Naxçıvanın DİN sistemində əsaslı yoxlamalar aparılır.

Rubrika.Az
Geri qayıt