Əsas Səhifə > Manşet > Bakıda Təcili Tibbi Yardım maşını yanıb, içində xəstə və həkimlər olub - YENİLƏNİB

Bakıda Təcili Tibbi Yardım maşını yanıb, içində xəstə və həkimlər olub - YENİLƏNİB


17-07-2017, 11:35
Bakıda Təcili Tibbi Yardım maşını yanıb, içində xəstə və həkimlər olub - YENİLƏNİB

11:30

Sabunçu rayonunda Təcili Tibbi Yardım maşını yanıb.


Rubrika.az Milli.Az-a istinadən bildirir ki, hadisə şahidlərinin report-a verdiyi məlumata görə, yanğın avtomobildə baş vermiş qısaqapanmadan yaranıb. Sürücü və ətrafdakılar avtomobili təmir etmək istərkən qəfil alışma baş verib, tez bir zamanda yanğın maşını bürüyüb.

-----------

08:38

12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşını yanıb.

Yanğın başlayan zaman maşının içində xəstə və həkimlər olublar. Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

---------

00:38

Sabunçu rayonunda yanğın baş verib.

Hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib. Təcili Tibbi Yardım maşını yanıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, zərərçəkən yoxdur.

Rubrika.Az
Geri qayıt