Əsas Səhifə > Mədəniyyət > Məşhur "Oskar" mükafatçısı vəfat etdi

Məşhur "Oskar" mükafatçısı vəfat etdi


17-07-2017, 11:41
Məşhur "Oskar" mükafatçısı vəfat etdi

90 yaşlı aktyor Los-Ancelesdə vəfat edib. "Oskar" mükafatçısı aktyor bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun ölüm səbəbi isə qəflətən vəziyyətinin ağırlaşması olub.

Landau 1994-cü ildə rejissor Tim Bertonun "Ed Vud" filmində Bela Luqoşi roluna görə "Oskar" mükafatına layiq görülmüşdü.

Martin Landau 1960-1970-ci illərdə bir sıra seriallarda rol alıb. O, eyni zamanda "Çətin tapşırıq" filmində də kamera qarşısına keçmişdi.

Rubrika.Az
Geri qayıt