Əsas Səhifə > İstisadiyyat > Bazarda dizellə işləyən avtomobillərin qiyməti BAHALAŞDI

Bazarda dizellə işləyən avtomobillərin qiyməti BAHALAŞDI


17-07-2017, 11:48
Bazarda dizellə işləyən avtomobillərin qiyməti BAHALAŞDI

Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb.

Rubrika.az xezerxeber.az-ın məlumatına istinadən xəbər verir ki, maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.

Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.

Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.

Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.

Rubrika.Az
Geri qayıt