Əsas Səhifə > Şou Biznes > Müğənni qəzaya düşdü, vəziyyəti ağırdır
Müğənni qəzaya düşdü, vəziyyəti ağırdır17-07-2017, 13:26 |
![]() Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb. Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan "VAZ 21 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir. Müğənninin şok yaşadığı deyilir. Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb. Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi. RUBRİKA.AZ Geri qayıt |