Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır


18-07-2017, 12:17
ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ administrasiyası yaxın zamanda İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Rubrika.az Trend-ə istinadən bildirir ki, ABŞ tərəfi sanksiyaların tətbiqini İranın ballistik raketlərin hazırlanması proqramını və guya İranın terrorçuluğa dəstək olması ilə əlaqələndirir.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, yeni sanksiyalar İran silahlı qüvvələrinin gücləndirilməsinin, İranın Suriyada və Yaxın Şərqdəki əməliyyətlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Rubrika.Az
Geri qayıt