Əsas Səhifə > Media > Siyahı sabah açıqlanacaq - Jurnalistlərə xoş xəbər
Siyahı sabah açıqlanacaq - Jurnalistlərə xoş xəbər18-07-2017, 15:07 |
![]() Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib. V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək: "Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir". Rubrika.Az Geri qayıt |