Əsas Səhifə > Tənqid, Manşet > "Ultel"in rəhbərliyi məni öldürməklə HƏDƏLƏYİR...
"Ultel"in rəhbərliyi məni öldürməklə HƏDƏLƏYİR...19-07-2017, 12:34 |
![]() Redaksiyamıza Elşad Əzimov tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Müracəti olduğu kimi dərc edirik: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına Azərbaycan Respublikasının Daxili İşlər NaziriRamil Usubov cənablarına Aprel döyüşlərində yaralanan hərbiçi əlil Əzimov Xəyal Elşad oğlunun atası Əzimov Elşad Yusif oğlu tərəfindən Ultel şirkətinin rəhbərliyi Əsgərov Əliqiyam Əlisafa oğlu barədə Şikayət Ərizəsi Hörmətli cənab Prokuror və Hörmətli cənab Nazir! Əvvəl məni polislə zəng vurdurub hədə qorxu gəldi, indidə məni öldürməklə hədələtdirir. Mənə bir nəfər zəng vurub deyir ki Ulteldən və Əliqiyam müəllimdən əl çək yoxsa sonun yaxşı olmayacaq. Mən mətbuat vasitəsiylə və cənab Prezident İlham Əliyev cənablarına məktub yazmağım bunları qıcıqlandırıb. Əliqiyam müəllimin əlaltısı hüquqşunas kimi özünü təqdim edən Nazim və ya Nizami adlı şəxs mənə deyir ki sən hələ bilmirsən kimə ilişibsən. Səni geçəylə yoxa çıxarararıq heç meyidinidə tapan olmaz. Xahiş edirəm mənim həyatımın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbir görəsiniz. Mən anlaya bilmirəm biz hansı devirdə yaşayırıq ki hüquqi dövlətdə kimsə vətəndaşı öldürməklə hədələyir. Ultelin Əliqiyam müəllimin arxasında kim durur ki onlar rekertlik etməkdən çəkinmirlər. Yəqin ki öz milyonlarına arxayındırlar. Xahiş edirəm ölümlə hədələmə maddəsiylə bağlı cinayət işi açılsın və Ultelin rəhbərliyi məsuliyyətə cəlb olunsun. Xahiş edirəm Ultel rəhbərliyinə xüsusəndə Əliqiyam müəllimə bizim hüquqlarımızı nəzərə almağı tapşırasınız. Təşəkkür edirəm öncədən! Rubrika.Az Geri qayıt |