Əsas Səhifə > İstisadiyyat > Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir


21-07-2017, 10:26
Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,07 dollar və yaxud 0,14% artıb.

Rubrika.Az "Report"-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 50,28 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Rubrika.Az
Geri qayıt