Əsas Səhifə > Cəmiyyət > Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var
Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var21-07-2017, 11:18 |
![]() Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur. Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Rubrika.Az Geri qayıt |