Əsas Səhifə > Hadisə > Bakıda bacılar yoxa çıxdı
Bakıda bacılar yoxa çıxdı21-07-2017, 13:34 |
![]() Bakıda iki bacı itkin düşüb Rubrika.az lent.az-a istinadən bildirir ki, Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin dünən səhər saatlarında paytaxt ərazisində itkin düşüb. Qızların yaxınları bu barədə polisə müraciət edib və onların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim ediblər. Bildirilir ki, gənc qızlar son olaraq Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsində tanışlarının evində olublar və həmin mənzili tərk edəndən sonra onlar barədə məlumat almaq mümkün olmayıb. Axtarış tədbirləri həyata keçirilir. Geri qayıt |