Əsas Səhifə > Dünya > Yaponiya baş nazirinin arvadı Trampla danışmamaq üçün ingiliscə bilmədiyini deyib
Yaponiya baş nazirinin arvadı Trampla danışmamaq üçün ingiliscə bilmədiyini deyib22-07-2017, 10:12 |
![]() Yaponiyanın baş naziri Şinzo Abenin həyat yoldaşı Akiya Abe ABŞ prezidenti Donald Tramp ilə danışmamaq üçün ingilis dilini bilmirmiş kimi davranıb. Rubrika.Az-ın Musavat.com-a istinadən məlumatına görə, “New-York Times” qəzetinin 3 müxbirinin suallarına cavab verən Tramp, Almaniyanın Hamburq şəhərində bu ay təşkil olunan G-20 zirvəsində, Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşlə bağlı sualları da cavablandırıb. Müsahibə zamanı liderlərin xanımları ilə birlikdə baş tutan axşam yeməyi haqda danışan Tramp "Mən də möhtəşəm bir insan olduğunu düşündüyüm baş nazir Abenin həyat yoldaşının yanında oturdum. Həyat yoldaşı möhtəşəm bir qadındır, lakin ingiliscə bilmir. Heç salam da verə bilmir”. Məlumatda bidirilir ki, Yaponiyanın zəngin bir ailəsindən gələn Akiyan Abe səlis şəkildə ingiliscə danışa bilir. Abe daha əvvəl ABŞ-da təşkil olunan tədbirlərdə ingiliscə danışıb. Rubrika.Az Geri qayıt |