Əsas Səhifə > Hadisə > Bakıda universitet binası YANIR - İmtahan təxirə salındı - YENİLƏNİB
Bakıda universitet binası YANIR - İmtahan təxirə salındı - YENİLƏNİB22-07-2017, 13:41 |
|
Rubrika.az "ölkə.az"a istinadla xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş. Saytın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib. Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib. Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək. ----------- 13:33 Kooperasiya Universitetində baş vermiş yanğın lokallaşdırılıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar. ------------ 13:02 Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək. ---------- 12:33 Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb. Rubrika.az APA-ya istinadən xəbər verir ki, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. Rubrika.az Geri qayıt |