Əsas Səhifə > Təhsil > Məleykə Abbaszadə yanan təhsil ocağında — İmtahan təxirə salındı

Məleykə Abbaszadə yanan təhsil ocağında — İmtahan təxirə salındı


22-07-2017, 15:21
Məleykə Abbaszadə yanan təhsil ocağında — İmtahan təxirə salındı

Bu gün Kooperasiya universitetinin binasında yanğın baş verib.

Rubrika.Az "Ölkə.Az"-a istinadən xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş. Saytımızın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib.

Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.

Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.

Rubrika.Az
Geri qayıt