Əsas Səhifə > Hadisə > Alyaskanın pişik meri dünyasını dəyişib
Alyaskanın pişik meri dünyasını dəyişib24-07-2017, 11:50 |
|
Alyaskada Talkitna şəhərinin meri ölüb. Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, şəhərin fəxri meri, Stabbs ləqəbli pişik dünyasını dəyişib. Pişiyin 20 yaşı var idi. Bu barədə onun sahibləri məlumat veriblər. Məlumatda deyilir: "Stabbs 20 il üç ay yaşadı. O son gününə qədər mübariz idi. Bütün günü miyovldayan pişik özünə diqqət tələb edir, dizimin üstündə otururdu". Qeyd edilir ki, 2013-cü ildə küçə iti Stabbsa hücum edib. 2016-cı ildə isə pişiyin öldüyü barədə yalan məlumat ortaya çıxmışdı. Stabbs bir neçə aylıq olanda Alyaskada bir şəhərin meri seçilib. 900 nəfər əhalisi olan Talkitna şəhərinin sakinlərini yerli siyasətçilər boğaza yığdıqları üçün onlar pişiyi namizəd kimi təklif etmişdilər. Rubrika.az Geri qayıt |