Əsas Səhifə > Tənqid > Bakıda kafedə kütləvi dava: Yaralanan var

Bakıda kafedə kütləvi dava: Yaralanan var


25-07-2017, 11:17
Bakıda kafedə kütləvi dava: Yaralanan var

Bakıda kafedə kütləvi dava düşüb.

Rubrika.az Musavat.com-a istinadən bildirir ki, Report-un məlumatına görə hadisə Nizami rayonunda baş verib.

Belə ki, Çobanzadə küçəsində yerləşən “Opera” kafesində 1993-cü il təvəllüdlü Kərimli Kamran Rafiq oğlu üç nəfərlə əlbəyaxa davaya çıxıb.

O, dava nəticəsində döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt