Əsas Səhifə > Hadisə > İçi sərnişin dolu An-24 təyyarəsi yanıb
İçi sərnişin dolu An-24 təyyarəsi yanıb25-07-2017, 12:46 |
![]() Yakutyada An-24 sərnişin təyyarəsi yanıb. Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb. İnsident baş verən zaman təyyarədə 37-si sərnişin olmaqla 43 nəfərin olduğu bildirilib. Xəsarət alan olmayıb. Yanğın dərhal söndürülüb. Sərnişinlər başqa təyyarə ilə Tiksidən Yakutska yola salınacaqlar. Rubrika.Az Geri qayıt |