Əsas Səhifə > Hadisə > Binadan yıxılan 1 yaşlı uşaq öldü — YENİLƏNİB
Binadan yıxılan 1 yaşlı uşaq öldü — YENİLƏNİB25-07-2017, 15:09 |
|
2 gün əvvəl Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan 1 yaşlı qız vəfat edib. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, 1 yaşlı Rüqayyə yenicə yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. *** Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Rubrika.az Geri qayıt |