Əsas Səhifə > Hadisə > Pomidorun qiymətinin kəskin artmasının 4 SƏBƏBİ – Ekspertdən açıqlama

Pomidorun qiymətinin kəskin artmasının 4 SƏBƏBİ – Ekspertdən açıqlama


25-07-2017, 16:59
Pomidorun qiymətinin kəskin artmasının 4 SƏBƏBİ – Ekspertdən açıqlama

Rubrika.az bakupost.az-a istinadən bildirir ki,Azərbaycanda pomidorun qiymətində kəskin artım müşahidə olunur.

2 həftə əvvələ kimi bazarlarda 50 qəpiyə belə pomidor tapmaq mümkün ikən, hazırda sözügedən kənd təsərrüfatı məhsulunun qiyməti 1 manat 60 qəpiyə kimi qalxıb.
Pomidorun qiymətindəki artımın səbəbləri barədə danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov burada 4 əsas amilin rol oynadığını bildirib: "Bunun səbəblərindən biri istixana məhsullarının kəskin şəkildə azalmasıdır. İkincisi, açıq şəraitdə yetişdirilən pomidor istehsalı ciddi azalıb. Əvvəlki illərə nisbətən az istehsal olunur. Üçüncüsü, istehsal olunan məhsul Rusiyaya ixrac olunur.
Dördüncüsü və ən əsası, pomidorun daşınma xərci artıb. Bu da benzinin qiymətinin artımı ilə bağlıdır”.

Rubrika.az
Geri qayıt