Əsas Səhifə > Dünya > İstanbulda iki təyyarə toqquşdu
İstanbulda iki təyyarə toqquşdu27-07-2017, 11:53 |
|
İstanbulda Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub. Rubrika.az Trend-ə istinadən xəbər verir ki, "Türk Hava Yolları"na məxsus təyyarənin qurğu hissəsi zədələnib. Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib. Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb. Rubrika.az Geri qayıt |