Əsas Səhifə > Dünya > Rusiya ABŞ-ın sanksiyalarına cavab verdi — Diplomatların sayı azaldılacaq

Rusiya ABŞ-ın sanksiyalarına cavab verdi — Diplomatların sayı azaldılacaq


28-07-2017, 16:48
Rusiya ABŞ-ın sanksiyalarına cavab verdi — Diplomatların sayı azaldılacaq

Rusiya və ABŞ arasında Moskvanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxilə etməsi barədə iddia səbəbindən başlayan gərginlik davam edir.

Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, ABŞ-ın sanksiyalarına bu dəfə rəsmi Moskva qarşılıq verib. Rusiyanın xarici işlər nazirliyi Moskvadakı diplomatik nümayəndəliklərin ABŞ səfiri tərəfindən istifadə edilməsini təxirə salıb. Moskva ABŞ-ın Rusiyadakı diplomat sayını 455-ə endirmək niyyətindədir.

Rusiya XİN amerikalı diplomat və diplomatik nümayəndəliklərdəki texniki personalın sayının ABŞ-dakı rus diplomat və texniki personal sayı ilə eyni səviyyəyə endirilməsini tələb edib. Rusiya tərəfi ABŞ-a 1 sentyabr tarixinə qədər vaxt verib.

Rubrika.Az
Geri qayıt