Əsas Səhifə > Maraqlı > Axtarışda olan 38 nəfər tutuldu
Axtarışda olan 38 nəfər tutuldu29-07-2017, 17:58 |
|
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. Rubrika.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub. Rubrika.AZ Geri qayıt |