Əsas Səhifə > Dünya > Putin ABŞ diplomatlarının Rusiyadakı aqibəti barədə

Putin ABŞ diplomatlarının Rusiyadakı aqibəti barədə


31-07-2017, 11:57
Putin ABŞ diplomatlarının Rusiyadakı aqibəti barədə

Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq. “Vesti.ru” xəıbəır verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, - deyə V.Putin bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

Rubrika.Az
Geri qayıt