Əsas Səhifə > İstisadiyyat > AMB-nin valyuta ehtiyatlarının ikiqat artacağı proqnozlaşdırılır
AMB-nin valyuta ehtiyatlarının ikiqat artacağı proqnozlaşdırılır31-07-2017, 15:36 |
![]() 2017-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2,06 dəfə artacaq Rubrika.az "APA-Economics"-a istinadən xəbər verir ki, bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir. Proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının həcmi 5,757 mlrd. dollara çatacaq. 2016-cı ilin sonuna Mərkəzi Bankın balansında olan valyuta ehtiyatlarının həcmi 3,974 mlrd. dollar olub. S&P-nin mütəxəssisləri AMB-nin valyuta ehtiyatlarının 6,287 mlrd. dollara, 2020-ci ilin sonuna 7,223 mlrd. dollar, 2021-ci sonuna isə 8,192 mlrd. dollara çatacağını proqnozlaşdırır. Qeyd edək ki, cari ilin iyulun 1-nə AMB-nin valyuta ehtiyatları 4 mlrd. 964,1 mln. dollar təşkil edir. Rubrika.Az Geri qayıt |