Əsas Səhifə > Səhiyyə > Azərbaycanda həkimlər əməliyyat olunan qadının qarnında binti unutdu

Azərbaycanda həkimlər əməliyyat olunan qadının qarnında binti unutdu


31-07-2017, 15:48
Azərbaycanda həkimlər əməliyyat olunan qadının qarnında binti unutdu

Tez-tez dünyanın hansısa bir ölkəsində qeyri-adi cərrahiyə əməliyyatları ilə bağlı informasiyalarla qarşılaşırıq. Bəsizinə təəccüblənirik, bəzisinə isə ötəri yanaşırıq.

Rubrika.Az "Qaynarinfo"-ya istinadən həkimlərin əməliyyat zamanı xəstələrin bədənindən çıxartdığı 10 qeyri-adi əşyanı təqdim edir. Bəzilərinin insan bədəninə necə düşdüyü isə hamını təəccübləndirir:

200 ədəd daş
Çinin Hezhou şəhərində 45 yaşlı Çen adlı qadın 10 ildir əziyyət çəkdiyi qarın ağrısı şikayəti ilə Qunji Xəstəxanasına müraciət edir. Xəstəxanada çalışan həkimlər ona əməliyyat olunmalı olduğunu söyləyirlər, lakin qadın bıçaqdan qorxduğu üçün əməliyyat olunmur. Ağrıları şiddətləndikdən sonra məcbur qalan Çen razılıq verir və həkimlər onun öd kisəsindən və qara ciyərindən bəziləri yumurta boyda olan 200 ədəd daş çıxarırlar. 10 il bu daşlarla yaşayan qadının necə həyatda qaldığı tibb aləmini heyrətləndirir və hamını bir sualın cavabı maraqlandırır: Daşlar qara ciyərə necə düşüb?

27 ədəd linza
Mirvari suyundan əməliyyat olunmaq üçün xəstəxanaya gedən 67 yaşlı bir qadının bir gözündə 27 ədəd linza olduğu məlum olur. 35 ildir bunu gözündə gəzdirən qadın gerçəyi öyrənəndə şok keçirib. Uğurlu əməliyyat ilə bütün linzalar qadının gözündən çıxarılır.

40 ədəd bıçaq
2016-cı ildə adı naməlum olan 42 yaşlı bir kişinin bədənindən 40 ədəd bıçaq çıxarılır. Bıçaqlara qarşı həssas olan, görəndə nəfsini saxlaya bilməyən bu adam Hindistanın şimalındakı xəstəxanaların birində əməliyyat olunduqdan sonra əvvəlki sağlamlığına qovuşur. Mədəsində bıçaqla gəzən adam əməliyyat sonrası çox peşman olduğunu, ailəsini utandırdığını və uğurlu əməliyyat üçün həkimlərə təşəkkürünü bildirib.

7 santimetrlik göbələk
Çiy göbələk yeyən bir qadının başına da çox böyük iş gəlib. Belə ki, münbit şəraitli mədəyə düşən göbələk orada inkişaf etməyə başlayıb. Ağrılar səbəbindən xəstəxanaya müraciət edən qadının mədəsindən 7 santimetr böyümüş göbələk çıxarılıb.

Balıq
Balıqlarla iyrənc zarafat etmək istəyən biri balığın bağırsaqlarına daxil olmasından sonra əməliyyata girməyə məcbur olur. Adı çəkilməyən və hadisə zamanı sərxoş olduğu deyilən 45 yaşlı şəxs yüksək temperatur, qan təzyiqinin aşağı düşməsi və şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edir. Çində baş tutan əməliyyatda həmin şəxsin bədənindən 2 balıq çıxarılır.

Canlı tarakan
Hindistanın Çennay şəhərində həkimlər bir qadının başından canlı tarakan çıxarıblar. Məlum olub ki, qadın yatarkən burun dəliyindən içəri keçən canlı beynin içərisinə qədər irəliləyib. Əməliyyatda tarakanın kəllənin gözə yaxın hissəsində olduğu aşkar edilərək götürülüb. Həkimlər xəstənin zamanında müraciət etdiyini, əks təqdirdə tarakanın ölümü ilə beyində zədələnmə təhlükəsi ola biləcəyini söyləyiblər.

Qarpız böyüklüyündə saç yumağı
Aakaşa Kumari adlı bir qız illər boyu ailəsindən gizlin saçlarını yeyib. Yemək yeyə bilmədiyi üçün xəstəxanaya müraciət edən qızın mədəsindən qarpız böyüklüyündə saç topası çıxarıblar. Uğurlu keçən əməliyyatdan sonra o, düzgün şəkildə qidalanmağa başlayıb. Qızın Rapunzel sindiromundan əziyyət çəkdiyi məlum olub.

Diyircəkli qələm
Uşaq ikən bir diyircəkli qələmin qapağını udan şəxs təsirini 20 sonra görür. Belə ki, həmin əşya ciyərinə yapışır və 20 ildən sonra qanlı öskürək gələndə xəstəxanaya müraciət edir. Təxminən 3 santimetr uzunluğunda olan qapaq uğurlu əməliyyatla onun bədənindən çıxarılır.

Qayçı
Vyetnamlı bir adam əməliyyat zamanı həkimlərin səhlənkarlığı ucbatından 18 il bədənində qayçı ilə yaşayır. 2017-ci ildə təkrarən əməliyyat olunduğu zaman həkimlər bədənindən qayçını çıxarırlar. Maraqlıdır ki, 54 yaşlı Ma Van Nhat 18 il qayçı ilə yaşasa da, bununla bağlı heç bir problem yaşamayıb.

Bint
Mingəçevir şəhər sakini S.Ə. 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub. O, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, S.Ə. adlı qadın yenidən əməliyyat keçirməli olub.

Rubrika.Az
Geri qayıt