Əsas Səhifə > Hadisə > Hacıqabuldakı dəhşətdən İLK FOTOLAR - YENİLƏNİB
Hacıqabuldakı dəhşətdən İLK FOTOLAR - YENİLƏNİB31-07-2017, 15:58 |
|
Hacıqabul rayonunda 6 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi yerdən fotolar yayılıb. Fotolar sosial şəbəkələrdə paylaşılıb. Rubrika.Az qafqazinfo.az-a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək odlu silahla 4 nəfəri öldürüb 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib. Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır: 1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov; 1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov; 1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova; 1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova; 1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs). Yaralanan: 1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov. Rubrika.Az Geri qayıt |