Əsas Səhifə > Hadisə > Avqustun 15-dən ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq
Avqustun 15-dən ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq2-08-2017, 14:15 |
![]() Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək. M. Abbaszadə deyib ki, boş qalan yerlər üzrə nəticələr avqustun 20-də elan olunacaq: “Həmin yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 22-dən 31-dək ali məktəblərə aparılacaq. I mərhələdə abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 15-dən 25-dək həyata keçiriləcək” Rubrika.Az Geri qayıt |