Əsas Səhifə > Hadisə > Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü..

Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü..


2-08-2017, 12:09

 Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü..
Dünən Bakı-Şamaxı yolunun 19-21 kilometrliyində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Rublika.az Milli.az-a istinadən xəbər verir ki, yolun 19,3-cü kilometrliyində "Opel" markalı minik avtomobili 33 yaşlı kişini vurub öldürüb. Magistralın 21,5-ci kilometrliyində isə "QAZ 33" markalı avtomobil 30-35 yaşlı kişini vurub öldürüb.

Bildirilir ki, Bakı-Şamaxı yolunun qeyd edilən hissəsində hazırda təmir işləri həyata keçirilir və orada yolu keçmək piyadalar üçün çox təhlükəlidir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rublika.az
Geri qayıt