Əsas Səhifə > Dünya > Saakaşvilinin bütün pasportları ləğv edildi
Saakaşvilinin bütün pasportları ləğv edildi7-08-2017, 10:34 |
|
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin bütün pasportları Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən ləğv edilib. Rəsmi Kiyev ABŞ-ın aidiyyatı orqanları ilə əlaqə yaradaraq bu ölkədə olan Saakaşvilinin bütün pasportlarının ləğv edildiyini açıqlayıb. Belə ki, sabiq prezidentin Ukraynaya daxil olması ilə yanaşı, ABŞ-dan 3-cü ölkəyə keçməsi də qadağan edilib. Qeyd edək ki, Saakaşvili iyulun 28-də Ukrayna lideri Pyotr Poroşenkonun fərmanı ilə vətəndaşlıqdan çıxarılmışdı. Rubrika.Az Geri qayıt |