Əsas Səhifə > İstisadiyyat > Neft Fondundan açıqlama: Azərbaycan qızıl ehtiyatını satmayıb

Neft Fondundan açıqlama: Azərbaycan qızıl ehtiyatını satmayıb


4-08-2017, 14:34
Neft Fondundan açıqlama: Azərbaycan qızıl ehtiyatını satmayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib.

ARDNF-dan verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

Rubrika.Az
Geri qayıt