Əsas Səhifə > Hadisə > Bakıda toya gələn şəxslər qəzaya düşdülər: yaralılar var - YENİLƏNİB - FOTO

Bakıda toya gələn şəxslər qəzaya düşdülər: yaralılar var - YENİLƏNİB - FOTO


5-08-2017, 12:24
Bakıda toya gələn şəxslər qəzaya düşdülər: yaralılar var - YENİLƏNİB - FOTO

12:15

Hacıqabul rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.


Rubrika.Az APA-ya stinadən xəbər verir ki, qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.

Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.

-----------

12:00

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt