Əsas Səhifə > Hadisə > Bakıda cərimə meydançasında maşınlar yandı

Bakıda cərimə meydançasında maşınlar yandı


5-08-2017, 12:55
Bakıda cərimə meydançasında maşınlar yandı

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

RUBRİKA.AZ APA-ya istinadən xəbər verir ki, meydançada saxlanılan, "Chevrolet" markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb.

Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan "Ford" və "Toyota" markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır

RUBRİKA.AZ
Geri qayıt