Əsas Səhifə > Hadisə > MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİNDƏ QİYMƏT FIRILDAĞI?

MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİNDƏ QİYMƏT FIRILDAĞI?


5-08-2017, 15:10
MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİNDƏ QİYMƏT FIRILDAĞI?

Bakıda fəaliyyət göstərən "Rahat" marketlər şəbəkəsi müştəriyə qarşı qiymət fırıldağı edib.

Rubrika.az primetime.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkədə jurnalist Qumru Mustafa məlumat paylaşıb. Məhsulun vitrin qiyməti ilə çekin fotosu da yayımlanıb. Jurnalist xanım bildirib ki, market rəhbərliyi məsələni kabinetdə həll etməyə çalışıb: "Bu gün metronun "Azadlıq" stansiyasının yaxınlığında fəaliyyət göstərən "Rahat" marketdə bir xanıma vitrində qiyməti 4.07 AZN yazılan məhsulu kassada 4.79 manata satmağa çalışdılar. Təbii ki, narazılıq oldu. Daha sonra müdirləri gəldi və xanımı otağa çağırdılar. Rəhbərlik həmin qadına məsələni otaqda həll etməyi təklif edib. Bu da təzə metoddur?".

Rubrika.Az
Geri qayıt