Əsas Səhifə > Hadisə > Həbsdə olan MTN polkovnikinə hökm oxundu..

Həbsdə olan MTN polkovnikinə hökm oxundu..


7-08-2017, 11:25

Həbsdə olan MTN polkovnikinə hökm oxundu..

Həbsdə olan MTN polkovnikinin məhkəməsi keçirilib.

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rublika.az Musavat.com-a istinaden xeber verir ki, Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M.Əsgərob 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror M.Əsgərova 5 il cəza istəmişdi.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Rublika.az
Geri qayıt