Əsas Səhifə > Tənqid > Hacı Madər velosiped yolunu şəxsi dayanacağa çevirdi

Hacı Madər velosiped yolunu şəxsi dayanacağa çevirdi


8-08-2017, 12:26
Hacı Madər velosiped yolunu şəxsi dayanacağa çevirdi

Rubrika.Az realliq.info-ya istinadən bildirir ki,bir neçə gün öncə açılışı olan Binəqədi - Novxanı yolunda "Azəravtoyol"un təşəbbüsü ilə velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib.

Amma təəssüf ki, yolun kənarında olan "Favorit" market velosipedçilərin zolağını "işğal" edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.

Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.
Xatırladaq ki, "Favorit" marketlər şəbəkəsi Binəqədidən olan millət vəkili Hacı Madər Musayevə məxsusdur.

Rubrika.Az
Geri qayıt