Əsas Səhifə > Cəmiyyət > Ev almaq istəyənlərin nəzərinə: Payızda.....
Ev almaq istəyənlərin nəzərinə: Payızda.....9-08-2017, 11:22 |
|
Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir. Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, hazırda bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib: “Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”. Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alıcıların böyük əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər: “Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”. Rubrika/Az Geri qayıt |