Əsas Səhifə > Hadisə > Abşeronda baba və nəvəni maşın vurdu

Abşeronda baba və nəvəni maşın vurdu


10-08-2017, 12:57
Abşeronda baba və nəvəni maşın vurdu

Abşeronda baba və nəvəni maşın vurub.

Rubrika.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt