Əsas Səhifə > Hadisə > Ağcabədidə 5, Samuxda 4, Lerikdə 3 otaqlı ev yanıb..
Ağcabədidə 5, Samuxda 4, Lerikdə 3 otaqlı ev yanıb..11-08-2017, 11:08 |
![]() Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Rublika.az Musavat.com-a istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı və çardağı 36 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Samux rayonu, Qarabağlılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Lerik rayonu, Monidigah kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Rublika.az Geri qayıt |