Əsas Səhifə > Hadisə > Şamaxıda maşın dərəyə aşdı - 8 yaralı
Şamaxıda maşın dərəyə aşdı - 8 yaralı12-08-2017, 11:19 |
|
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az Musavat.com-a istinaden verdiyi xəbəre görə, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib. Rubrika.az Geri qayıt |