Əsas Səhifə > Cəmiyyət > Cəmiyyətimizdə əsgərə hörmət məhz belə olmalıdır!..

Cəmiyyətimizdə əsgərə hörmət məhz belə olmalıdır!..


15-08-2017, 13:43
Cəmiyyətimizdə əsgərə hörmət məhz belə olmalıdır!..

Rubrika.az Milli.Az-a istinaden xəbər verir ki, Elvin Nəsibov adlı Bakı sakini paytaxtda Azərbaycan əsgərinə münasibətlə bağlı maraqlı bir hadisə barədə məlumat verib. Onun sözlərinə görə, o, bu hadisəyə dünən Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları önündə şahid olub:

"Deməli, əsgər formasında bir şəxs bilet almaq üçün gəlsə də, biletlər artıq bitmişdi. "Qara bazar" da iş başında idi...

Bir nəfər yaxınlaşaraq həmin o əsgərə bilet verdi. Əsgər həmin adamın "qara bazar"dan olduğunu düşünərək qiymətini soruşdu. O da cavabında "sən əsgərsən deyə, sənə pulsuz olaraq hədiyyə edirəm" dedi. Hər kəs heyranlıqla bu mənzərəni izlədi...

Cəmiyyətimizdə əsgərə hörmət məhz belə olmalıdır! Hər sahədə!"
Rubrika.az
Geri qayıt