Əsas Səhifə > Cəmiyyət > Bələdiyyə sədrinin oğlu niyə qətlə yetirirlib?

Bələdiyyə sədrinin oğlu niyə qətlə yetirirlib?


16-08-2017, 11:58
Bələdiyyə sədrinin oğlu niyə qətlə yetirirlib?

Ağdaş rayonunun Qəribli kəndində qətl hadisəsi baş verib.

Rubrika.az virtualaz.org-a istinadən bildirir ki, kənd sakini 37 yaşlı Cabir Savxanov həmkəndlisi 22 yaşlı Sahib Həsənovu qətlə yetirib. Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində köməksiz vəziyyətdə qalan yaralının ölümünə səbəb çoxlu qan itirməsi və vaxtında xəstəxanaya çatdırılmaması olub.

Mərhum S.Həsənov Qəribli bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Ağdaş rayon prokurorluğundan virtualaz.org saytına qətlin hansı səbəbdən baş verdiyini hələlik məlum olmadığı bildirilib: ”Qətlin motivi bilinmir. Hazırda rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırılması aparılır, hadisəni törətməkdə təqsirli bilinən Cabir Savxanov dindiriıir”.

Rubrika.az
Geri qayıt