Əsas Səhifə > Hadisə > Masallıda ana və iki azyaşlı övladı yandı....
Masallıda ana və iki azyaşlı övladı yandı....16-08-2017, 17:11 |
|
Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb. Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə, ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıblar. Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar. Rubrika.az Geri qayıt |