Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanlılarla taciklər arasında qanlı dava:onlarla yaralı var

Azərbaycanlılarla taciklər arasında qanlı dava:onlarla yaralı var


18-08-2017, 10:47
Azərbaycanlılarla taciklər arasında qanlı dava:onlarla yaralı var

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb.

Rubrika.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə şəhərin Kanavinsk rayonunda yerləşən bazarda baş verib.

Məlumata görə, davada hər iki tərəfdən 200-dən çox şəxs iştirak edib. 30-dan çox şəxs bıçaq zərbəsi alıb, xəstəxanaya yerləşdirilib. 20 nəfər isə saxlanılaraq polisə aparılıb.Yerli polis hazırda bazarı bağlayıb, ora heç kim buraxılmır.

Araşdırma gedir.

Rubrika.Az
Geri qayıt